Sənaye Təhlükəsizliyi Zirvəsi" keçirildi ru

 -Service Details

ru Sənaye Təhlükəsizliyi Zirvəsi

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Sənaye Təhlükəsizlik Zirvəsi” 30 noyabr 2023-cü il tarixində “Gülüstan” sarayında “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosasiyası”nın təşkilatçılığı ilə keçiriləcək! Zirvə bir bütöv günü əhatə etməklə 3 fərqli panel və 15-dək spiker və moderatorun iştirakı ilə “Sabahın çağırışları” şüarı altında öz sahəsinin 450-dən çox rəhbər, idarəçi və qərarverici şəxslərinin iştirakı ilə keçiriləcəkdir. “Sənaye Təhlükəsizliyi Zirvəsi”ndə özəl və dövlət müəssisələrin nümayəndələri, müvafiq sahənin nazirləri, icraçı direktorlar, şirkət nümayəndələri, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarların iştirakı ilə sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və iş yerində təhlükəsizliklə bağlı məsələlərdə dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və qabaqcıl təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılması hədəflənib.

I Panel Sıfıra doğru - Paneldə aidiyyəti tənzimləyici dövlət qurumunun rəhbərləri zirvənin konseptinə uyğun olaraq moderatorun suallarını cavablayacaqlar. Ölkəmizdə sənaye təhlükəsizliyi ilə bağlı problemlərdə, karbon emissiyasınının azaldılmasında sıfıra doğru hansı addımların atıldığı ilə bağlı müzakirələr olacaq

II Panel Orta yol - Bu paneldə biri dövlətin tənzimləyici qurumları, digəri isə özəl sektor nümayəndələri olmaqla iki qarşı tərəfin sənaye təhlükəsizliyi sahəsindəki mövcud vəziyyət, problemlər və həlli yolları ilə bağlı moderatorun idarəetməsi ilə fikir mübadiləsi aparılacaq.

III Panel 360 dərəcə - Bu paneldə isə sənayenin müxtəlif sahələrindən və sənaye təhlükəsizliyinin fərqli sahələrini əhatə etməklə SƏTƏM sahəsinin peşəkarlarının TEDx formatında solo çıxışları olacaq.