Dr. Yashar Musayev Azərbaycan əsilli Alman mühəndisi, texnika elmləri doktoru.
Yaşar musayev Azərbaycan Texniki Universitetinin "Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər" ixtisası üzrə təhsil almış və AzTU- nu fərqlənmə diplomu ilə bitirmişdir. AzTU da mühəndis, baş müəllim və kafedra müdirinin müavini işləmişdir.
1996-cı ildən elmi fəaliyyətini Almaniyada davam etdirir. 2001-ci ildə Almaniyanın Erlangen-Nürnberg Universitetində Mühəndis-Doktor (Dr.-İng) elmi dərəcəsi qazanmışdır. Sonra HOT Oberflächentechnik firmasının elm-texnika üzrə rəhbəri, Schaeffler firmasının mərkəz rəisi və baş vitze-prezidenti olmusdur. Son bir neçə ildə Almaniyanın Siemens Energy şirkətində yaşıl enerji texnologiyaları üzrə elm-texniki bölmənin rəisi kimi çalışır. 80-ə yaxın patentin, 2 beynəlxalq dərsliyin, 150–ə yaxın elmi məqalənin müəllifidir. 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilmişdir.
Almaniya və Yaponiyada Nanotexnogiyaların sənaye və istehsalata tətbiqi üzrə illik müsabiqənin 2 dəfə (Gold Award) qalibi olmuşdur.
Babayev Elbəy Rasim oğlu 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişdir. İxtisasca mühəndis kimyaçı texnoloqdur.
E.Babayev əmək fəaliyyətinə 2000-ci ildə Almaniyanın Frankfurt-Mayn şəhərinin Grüner-Domek klinikasının başlamışdır. Sonradan Almaniyanın J.V.Göthe Universitetində Ətraf mühitin Analitikası İnstitutunda elmi işçi, 2009-cu ilin aprel ayından 2011-ci ilin iyun ayına kimi AMEA-nın “Aşqarlar Kimyası İnstitutunda” mühəndis və Azərbaycan Milli Elm fondunda Layihə rəhbəri vəzifələrində işləmişdir. 2011-ci ilin iyun ayından 31.08.2012-ci il tarixinə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Nanotexnologiyalar” Elmi-İstehsalat mərkəzinin Nano materiallar şöbəsinin rəisi vəzifəsində, 03.09.2012-ci il tarixdən SOCAR-ın “Nanotexnologiyalar” Departamentində “Nanotexnologiyaların innovasiyası və layihələrin işlənməsi” şöbəsinin rəisi vəzifəsində, 13.05.2020-ci tarixdən isə Elm, texnika və nanotexnologiyalar Departamentinin Əqli mülkiyyət və layihələrin işlənməsi şöbəsinin rəisi işləyir.
Mehmet Fehmi Özata 1976-cı ildə Boğaziçi Universitetinin Maşınqayırma mühəndisliyi fakültəsini bitirmiş, 1977-ci ildə eyni fakültədə magistr təhsilinə davam etmişdir. O, 1999-cu ildən etibarən enerji sahəsində fəaliyyət göstərir və böyük təcrübəyə malikdir. Mehmet Fehmi Özata “Akenerji A.Ş.”, “TUBİTAK”, “Nar Enerji Group”, “Turcas Petrol”, “Lotus Enerji”, “SOCAR” kimi bir çox beynəlxalq və yerli şirkətlərdə rəhbər vəzifələrində işləmişdir. Hazırda “Arges Enerji Team” MMC-nin təsisçisi və İcraçı direktoru vəzifəsində çalışır.
Sahib Xəlilov Leninqrad Hidrometeorologiya İnstitutunu (hazırda Sankt-Peterburq Hidrometeorologiya Universiteti) 1979-cu ildə bitirib mühəndis-meteoroloq ixtisasını almışdır. Uzun müddət Azərbaycan Respublikanın hidrometeorologiya xidmətində mühəndis, şöbə müdiri, mərkəz müdiri, idarə müdiri kimi vəzifələrdə çalışmışdır.
2003-2015-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini olmuşdur. 2015-ci ildən bərpa olunan enerji mənbələri sahəsində şöbə müdiri işləmiş, struktur dəyişikliyindən sonra 2020-ci ilin sentyabrından Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdir müavini vəzifəsində çalışır.
S. Xəlilov 10-dan çox elmi məqalənin müəllifidir. 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif edilmiş, bərpa olunan enerji mənbələri sahəsində fəaliyyətinə görə 2022-ci ildə “MDB-nin əməkdar energetiki” adına layiq görülmüşdür.