Tikinti təhlükəsizliyi komitəsi

img

Elgün Səfiyarov / Komitə rəhbəri

İş yeri: "PMD Projects" LLC Vəzifə: KSƏTƏMM departamentinin direktoru

Elgün Səfiyarov Neft və qaz, dəniz qazma və hasilatı, boru kəmərləri, mülki tikinti və ətraf mühitin qorunması üzrə 20 ildən artıq təcrübəyə malik SƏTƏM Ekspertidir. SƏTƏM üzrə Biznes strategiyaları, Mədəniyyət Dəyişikliyi, İdarəetmə Sistemləri, Təhlükə və Risklərin Azaldılması, SƏTƏM Təlim Proqramlarının İnkişafı, Kommunikasiya Strategiyaları, Davranışa Əsaslanan Təhlükəsizlik, Audit və Təftiş, Riskin Qiymətləndirilməsi və Hadisələrin Tədqiqatı üzrə xüsusi təcrübəyə malikdir. Elgün Səfiyarov müxtəlif beynəlxalq səviyyəli şirkətlərdə; TİC şirkətində SƏTƏM Meneceri, BP şirkətində SƏTƏM üzrə aparıcı mütəxəssis, Baker Huges şirkətində SƏTƏM üzrə menecer olaraq fəaliyyət göstərmişdir. Hal-hazırda PMD Projects şirkətində KSƏTƏMM departamentinin direktoru vəzifəsində çalışır.

img

Qismət Şahmərdanov

İş yeri: Mənzil İnşaatı Dövlət Agentliyi Vəzifə: Ətraf mühit üzrə aparıcı mütəxəssis

Qismət Şahmərdanov mülki tikinti və ətraf mühitin qorunması üzrə 8 ildən artıq təcrübəyə malik Ekoloqdur. Tikinti sahəsində ətraf mühitin qorunması,  ekoloji cəhətdən sağlam  yaşayış komplekslərin salınmasında yaxından faliyyət göstərir. İxtisasca ekoloq olmaqla yanaşı digər fəaliyyətləridə olmuşdur.

Hal - hazırda Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyyində fəaliyyət göstərən "MİDA" MMC də ətraf mühit üzrə aparıcı mütəxəssis vəzifəsində çalışır.