AISA rəhbərliyi və əməkdaşları ilə Şərqi Afrika Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (EACCIA) Baş İcraçı Direktoru Charles N. Kahuthu arasında rəsmi görüş keçirilib.
Görüşdə sənaye təhlükəsizliyi, texniki uyğunluq, infrastruktur və dövlət-özəl tərəfdaşlığı (PPP) sahələrində Azərbaycan - Şərqi Afrika əməkdaşlıq imkanları müzakirə olunub.
Yekunda tərəfdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə Tərəfdaşlıq Memorandumu imzalanıb. Bu sənəd hər iki qurum arasında əlaqələrin gələcək inkişafına töhfə verəcək.