Təhlükəsizlik mədəniyyətini daha geniş yaymaq - əməyin mühafizəsi və sağlamlığı şüurunu formalaşdırmaq üçün təbliğat və maarifləndirmə kampaniyaları aparmaq, ən yaxşı təcrübələri təbliğ etmək;
Peşəkar inkişaf və şəbəkələşmə - peşəkarlar tərəfindən təlimlərin, seminarların, məşğələlərin (workshop) keçirilməsi yolu ilə üzvlərinin şəbəkələşməsi və peşəkar inkişaf imkanlarını artırmaq;
Əməkdaşlıq platforması - dövlət və özəl sektor, eləcə də beynəlxalq əməkdaşlıqları təşviq etmək üçün müxtəlif tədbirlər, forumlar, kampaniyalar təşkil etmək və üzvlərinin iştirakı ilə müvafiq qaydalara, siyasətlərə və qanunvericiliyə töhfə vermək.
Hədəflərimiz
Əsas hədəflərimiz Sənaye Təhlükəsizliyi sahəsində fəaliyyət göstərənlərin şəbəkələşməsini gücləndirmək, təhlükəsizlik qaydalarını və bu sahədə göstərilən fəaliyyətləri cəmiyyətə daha sürətli şəkildə çatdırılmasını təmin etmək, sənaye təhlükəsizliyi sahəsində olan həm özəl həm dövlət sektoru nümayəndələri arasında əlaqə yaradaraq bu sahədə olan inkişaf proseslərini sürətləndirməkdir.