İki hissədən ibarət olan görüşdə cari il ərzində görülən işlər, üzvlük qaydalarında yeniliklər və inkişaf perspektivləri təhlil edilib, 2025-ci il üçün fəaliyyət planı müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.
Assosiasiyanın sədri Niyazi Əmirbəyov görüş zamanı üzvlərə təkliflər planına uyğun olaraq həll olunan məsələlər və növbəti il yenidən müzakirə ediləcək mövzular haqqında ətraflı məlumat verib. O, həmçinin dövlət qurumları ilə əlaqələri və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyətləri edib.
Görüşdə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyinin Taxıl məhsulları istehsalı və emalında işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Natiq Seyidəhmədov, Hüquq şöbəsinin baş məslətçisi Raul Qasımov və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə iştirak edərək sənaye müəssisələrində texniki təhlükəsizlik və qabaqlayıcı-profilaktik tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə edilib.
Yekunda Assosiasiyanın sədri Niyazi Əmirbəyov və Orxan Xəlilzadə əməkdaşlıq memorandumu imzalayıb. Memorandum çərçivəsində sənaye təhlükəsizliyi üzrə risklərin azaldılması və standartların təkmilləşdirilməsi məqsədilə birgə fəaliyyətin təşkili nəzərdə tutulub.