“Marsol Group” partnyorları AISA-nın ofisini ziyarət ediblər.

 -Service Details

27 avqust tarixində "Marsol Group" partnyorları arasında işgüzar əlaqələrin gücləndirilməsi məqsədilə təşkil olunan ofis ziyarətləri çərçivəsində Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) ofisində görüş baş tutub.

Ziyarət zamanı iştirakçılar yaxından tanış olaraq, fəaliyyət istiqamətləri və tərəflər arasında potensial əməkdaşlıq imkanları barədə faydalı fikir mübadiləsi aparıblar.

Həmçinin, görüş çərçivəsində AISA-nın layihəsi olan "MyLift" platformasının təqdimatı həyata keçirilib və qonaqlara bu layihənin üstünlükləri barədə ətraflı məlumat verilib.