III “Sənaye Təhlükəsizliyi Zirvəsi 2025” 10 dekabr tarixində “Marriott Hotel Boulevard”da keçiriləcək
Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə 10 dekabr 2025-ci il tarixində “Marriott Hotel Boulevard”da III “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək.
AISA və Metrologiya İnstitutu əməkdaşlıq görüşü keçirib.
Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə və Assosiasiyanın nümayəndəsi Azərbaycan Metrologiya İnstitutunda keçirilən görüşdə iştirak ediblər.
Yaşıl bina tikintisi sahəsində AISA və IFC-nin təşəbbüsü ilə interaktiv görüş keçirilib
3 iyul 2025-ci il tarixində Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (AISA) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşəbbüsü əsasında memar icması ilə yaşıl bina standartlarının tətbiqi və inkişafına həsr olunmuş interaktiv görüş keçirilib.
AISA işğaldan azad edilmiş ərazilərdə “Təhlükəsiz məktəb” sosial layihəsi çərçivəsində təlimlər keçirib
14-18 aprel tarixlərində Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu, Elm və Təhsil Nazirliyi, həmçinin “Azərbaycan Sənaye Təhlükəsizliyi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Təhlükəsiz məktəb” sosial layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yerləşən bir sıra ümumtəhsil müəssisələrində maarifləndirici təlimlər təşkil olunub.
IFC və AISA yaşıl tikinti sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər
Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndə heyəti Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (AISA) ilə görüş keçirib. Görüşdə Azərbaycanın yaşıl tikinti sahəsində inkişaf perspektivləri və IFC-nin bu sahəyə verə biləcəyi dəstək imkanları müzakirə olunub.
AISA və ATMİA arasında əməkdaşlıq memorandumu imzalanıb!
Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (AISA) ilə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) arasında əməkdaşlığa dair qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
