Azad Əliyev 2009-2013-cü illərdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Yanğın Təhlükəsizliyi Mühəndisliyi fakültəsində bakalavr təhsili almışdır. 2015-2017-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Yanğın Təhlükəsizliyi Mühəndisliyi fakültəsində fərqlənmə diplomu ilə magistratura təhsilini başa vurmuşdur. Təhsildə fərqlənmə və ictimai fəaliyyətlərində nailiyyətlərinə görə Fövqəladə Hallar nazirinin təqdimatı əsasında “Japan International Cooperation Agency”-nin təqaüd proqramı ilə “Rescue Techniques” ixtisası üzrə Yaponiyada təhsil almışdır.
Azad Əliyev 2018-ci ildə Facility Management Group MMC-nin SƏTƏMM şöbəsinin aparıcı mütəxəssisi, daha sonra baş mütəxəssis, 2019-2022-ci illərdə SƏTƏMM şöbəsinin meneceri, 2022-2023-cü ilin yanvar ayınadək SƏTƏMM şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Hal-hazırda Komplayns və SƏTƏMM şöbəsinin müdiri vəzifəsində çalışır.
Orxan Musayev ilk ali təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakultəsində "Elektrik mühəndisliyi" ixtisası, ikinci ali təhsilini isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft mədən fakültəsində "Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" üzrə almışdır.
Hazırda regionda metal məmulatlarının istehsalı və satışı ilə məşğul olan ən böyük şirkətlərdən biri olan “Unimetal" MMC- də SƏTƏM şöbəsinin rəhbəri vəzifəsində işləyir.
Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl televiziya, radio kanallarında və dövri mətbuatda mütəmadi olaraq təhlükəsizlik məsələləri (yanğın, qaz təsərrüfatı, əməyin təhlükəsizliyi, çimərlikdə təhlükəsizlik qaydaları və s.) üzrə müsahibə və məqalələri ilə çıxış edir.
Kərim Kərimov bakalavr təhsilini Ukrayna Mülki Müdafiə Akademiyasında, magistr təhsilini Belarusiya Mühəndis Komandirlər İnstitutunda, adyunktura təhsilini isə Belarusiya Mülki Müdafiə Universitetində almışdır.
Kərim Kərimov 2011-2019 cu illər ərzində Fövqəladə Hallar Nazirliyi Akademiyasının Kadrların yenidən hazırlığı və ixtisasartırma fakultəsində təlim rəhbəri, 2019-2022 ci illər ərzində Fövqəladə Hallar Nazirliyi Akademiyasının Kadrların yenidən hazırlığı və ixtisasartırma fakultəsində rəis vəzifəsində çalışmışdır.
2022-ci ildən etibarən “Constant Consulting and Engineering Services” MMC-də direktor vəzifəsində çalışır.
Məmmədov Ələkbər 1989 cü ildə Xarkov şəhərində əyani Yanğın texniki məktəbini bitirmişdir. 1992 ci ildə Moskva Ali hüquq məktəbinin Kalininqrad filialına qəbul olmuş, 1996 cı ildə Azərbaycan Respublikası Bakı Polis Akademiyasını bitirmişdir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərində müxtəlif rəhbər vəzifələrdə xidmət etmişdir.
Hazırda Dövlət Yanğın Nəzarəti Xidmətində şöbə rəisi vəzifəsində çalışmaqdadır.
Hüseynov Ramin Şamo oğlu 2002-ci ildə Bakı Yanğın Texniki məktəbini bitirmişdir. 2007-ci ildə Ukrayna Mülki Müdafiə Universitetinə daxil olmuş, 2009-ci ildə həmin universiteti bitirmişdir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğın Profilaktikası şöbəsində böyük mühendis-inspektor vəzifəsində xidmət edir.
Nəsirov Kamran Nəsir oğlu 2011-ci ildə Bakı Yanğın Texniki məktəbini bitirmişdir. 2013-cü ildə Ukrayna Mülki Müdafiə Universitetinə daxil olmuş, 2015-ci ildə həmin universiteti bitirmişdir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğın Profilaktikası şöbəsində rəis müavini vəzifəsində xidmət edir.