“Azərbaycanda Yaşıl Tikinti” mövzusunda seminar keçirildi!

 -Service Details

BMT-nin Azərbaycan ofisində, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası tərəfindən COP29 Azərbaycan təşəbbüslərini dəstəkləmək və dekarbonizasiya səylərini sürətləndirmək məqsədilə dəyirmi masa müzakirəsi keçirilmişdir. Tədbir, bu ilin iyul ayında inşaat sektorunda fəaliyyət göstərən özəl şirkətlərin COP29 təşəbbüslərinə dair imzaladığı bəyannamənin icrası ilə bağlı praktiki addımların və əməkdaşlıq imkanlarının müzakirəsi üçün vörkşop formatında təşkil edilmişdir.

Görüşdə “PMD Projects”, “Hünər Qrup”, “Kristal Abşeron MTK”, “Avant Qrup”, “UN Global Compact”, “Cəbrayıl, Qubadlı, Zəngilan BTİX”, “Pasha Real Estate Group”, “Baku City Residences”, “Aral Qrup”, “6-cı mərtəbə MMC”, “UNEP”, “SR Construction Co MMC”, “AZCD QRUP QSC”, “Alltegrity Qrup”, “Binancycle MMC” və “Ağdam Füzuli Xocavənd BTİX” kimi öncül şirkətlərin nümayəndələri iştirak etmişdir. Müzakirələr zamanı iqlim öhdəliklərini yerinə yetirmək üçün atılacaq konkret addımlar və müxtəlif sektorlarda əməkdaşlıq imkanları geniş araşdırılmışdır.

Tədbirdə, Alida Salehin peşəkar rəhbərliyi altında sənaye və təchizat zəncirini təmsil edən geniş spektrdə iştirakçılar yer almışdır. UN Global Compact Azərbaycan ölkə meneceri Samir Məmmədov və onun komandası da tədbirin təşkili və keçirilməsində dəyərli dəstək göstərmişdir.

Bu dəyirmi masa müzakirəsi, COP29 məqsədlərinə nail olmaq və az karbonlu iqtisadiyyatın formalaşdırılması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilmişdir. Görüş iştirakçıları, özəl sektorun belə təşəbbüslərdə aktiv rol oynamağının vacibliyini vurğulamış və bu səylərin gələcəkdə daha da intensivləşdirilməsinin zəruriliyini bildirmişdir.