Azərbaycan və Türkiyənin dövlət qurumlarının əməyin mühafizəsi sahəsindəki birgə əməkdaşlığına dair Bakıda görüş keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının, Türkiyənin İş Sağlamlığı və Təhlükəsizliyi İdarəsinin, İş Sağlamlığı və Təhlükəsizliyi Araşdırma və İnkişaf İnstitutunun rəhbər heyəti və nümayəndələri görüşdə iştirak ediblər.
Görüşdə qurumlar arasındakı birgə təcrübənin bölüşdürülməsi, sənaye müəssisələrində texniki təhlükəsizlik və qabaqlayıcı profilaktik tədbirlərin təşkili və birgə layihələrin həyata keçirilməsi məsələlərindən danışılıb.
Bundan əlavə, hər iki ölkənin əməyin mühafizəsi sahəsindəki birgə fəaliyyətinin daha da artırılması, təcrübə mübadiləsinin genişləndirilməsi və bu sahədə standartların yüksəldilməsi məsələlərinə də toxunulub.