AISA və Metrologiya İnstitutu əməkdaşlıq görüşü keçirib.

 -Service Details

Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə və Assosiasiyanın nümayəndəsi Azərbaycan Metrologiya İnstitutunda keçirilən görüşdə iştirak ediblər.

Görüşdə sənaye müəssisələri üçün metroloji xidmətlərin təhlükəsizlik, dəqiqlik və keyfiyyətin təmin olunmasında əhəmiyyəti qeyd edilib, tərəfdaşlıq imkanlarının genişləndirilməsi üzrə müzakirələr aparılıb.

İnstitutun ölçmə və kalibrləmə imkanları təqdim edilib, müxtəlif laboratoriyalara baxış keçirilib və texniki potensialla bağlı məlumat verilib.

Sonda qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində ilkin razılıq əldə edilib.