AISA ilə Qazaxıstan səfirliyi arasında sənaye təhlükəsizliyi üzrə görüş keçirilib.

 -Service Details

"Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası"nın İdarə Heyətinin sədri Orxan Xəlilzadə və Assosiasiyanın nümayəndələri ilə Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Alim Bayel və diplomat Yedil Mirzəxanov arasında işgüzar görüş keçirilib.

Görüş zamanı sənaye təhlükəsizliyi sahəsində aktual prioritetlər, risklərin vaxtında müəyyənləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi və təhlükəsizlik proseslərində müasir texnologiyaların tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb. Görüş sənaye təhlükəsizliyi sahəsində qarşılıqlı maraq doğuran məsələlər üzrə səmərəli müzakirələrin aparılması və gələcək əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi ilə yekunlaşıb.