Qaz Sektorunda Texniki Xidmətlər və Təhlükəsizlik

 -Service Details

Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası təbii qaz obyektlərinə dair layihə-texniki sənədləri mövcud təhlükəsizlik normaları əsasında araşdırır və onların nəticələrinə uyğun ekspert rəyi təqdim edir.

 

Təbii Qaz obyektlərinin istismarı üzrə texniki təhlükəsizlik bəyannamələrinin hazırlanması

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, qaz sektorunda fəaliyyət göstərən hər bir obyekt üzrə Texniki Təhlükəsizlik Bəyannaməsi hazırlanmalıdır. Bu sənəd:

  • Qaz kəmərlərinin tikintisi, modernləşdirilməsi və yenidən qurulması zamanı,
  • İstismar müddəti başa çatdıqda və ya təmir işlərindən sonra,
  • Qaz anbarları və qazpaylayıcı stansiyalar üçün tərtib edilir.

Mütəxəssislərimiz bəyannamələrin işlənilməsində texniki yardım göstərir və müvafiq dövlət qurumları ilə razılaşdırma prosesində dəstək olur.

 

Təbii qaz obyektləri üzrə texniki təhlükəsizlik ekspertizası

Təbii Qaz sektorunda texniki təhlükəsizlik ekspertizası aşağıdakıları əhatə edir:

  1. Qaz xətlərinin və obyektlərinin layihə sənədləri,
  2. İstismar olunan qaz qurğu və avadanlıqları,
  3. Təhlükəsizlik bəyannamələri və digər texniki sənədlər.