B2G formatında təşkil edilmiş “CEO MeetUp HSE day” tədbirində bir sıra dövlət qurumlarının rəhbərləri, özəl sektorun sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində çalışan nümayəndələri , o cümlədən müvafiq sahələr üzrə tənzimləyici qurumların rəsmiləri bir araya gəliblər.
“B2G MeetUp”da açılış nitqiylə Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının sədri Orxan Xəlilzadə, “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və Türkiyə Əməyin Mühafizə İdarəsinin baş müdiri Prof. Dr. Muhammet Fatih Bilal Alodalı çıxış ediblər.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə, Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov, “The British Petrolium Company” – Səngəçal Terminalının SƏTƏMM və Karbon izi üzrə qrup rəhbəri İdrak Nəzərov, SOCAR Karbamid zavodunda SƏTƏMM və KN şöbəsinin rəisi, “SOCAR Downstream” HSE meneceri Nurlan Axundov və “Bureau Veritas” şirkətinin ölkə üzrə meneceri Amil Calalov spiker qismində, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının sədri Orxan Xəlilzadə, “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev isə moderator qismində çıxış ediblər.
Sual-cavab sessiyasında əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi, fövqəladə hallara hazırlıq və cavab tədbirləri kimi məsələlər müzakirə edilib.
“CEO MeetUp HSE day” tədbiri şirkət nümayəndələrinin ünsiyyəti üçün təşkil edilmiş netvörkinq hissəsi ilə yekunlaşıb.