14 yanvar 2026-cı il tarixində “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası”nın İdarə Heyətinin sədri Orxan Xəlilzadə və Assosiasiyanın nümayəndələri ilə Qırğızıstan Respublikasının diplomatik nümayəndə heyəti arasında işgüzar görüş keçirilib. Görüşdə Qırğızıstan Respublikasının ölkəmizdə təyin olunmuş səfiri Maksat Mamitkanov, səfirin müşaviri Asılbek İsayev və konsul Maksat Madalbekov təmsil ediblər.
Görüş çərçivəsində sənaye təhlükəsizliyi sahəsində mövcud çağırışlar, idarəetmə sistemlərinin rəqəmsallaşdırılması, nəzarət və monitorinq mexanizmlərinin təkmilləşdirilməsi, qabaqlayıcı risklərin idarə olunması, eləcə də institusional əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər müasir texnoloji yanaşmaların təhlükəsizlik mədəniyyətinin gücləndirilməsində oynadığı rolu və regional səviyyədə dayanıqlı tərəfdaşlıq imkanlarını müzakirə ediblər.
Görüş qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişafı və gələcək birgə təşəbbüslər üçün yeni imkanların dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.