Transportation committee

img

Nigar Bağırova

İş yeri: “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Vəzifə: Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentində Emissiyaların idarə olunması üzrə aparıcı mütəxəssis

Nigar Bağırova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-biologiya fakültəsində bakalavr pilləsində və Bakı  Dövlət Universitetinin Biologiya fakültəsində ekologiya ixtisası üzrə magistr pilləsində təhsil alıb. 2004-2012-ci illərdə  Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 2012-2021-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz və Liman Agentliyində, 2022-2024-cü illərdə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. Dövlət qulluğunun kiçik müşaviridir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

img

Babək Əliyev

İş yeri: "Azərbaycan Dəmir Yolları" QSC Vəzifə: Yükdaşımaları departamentinin rəis müavini

Babək Əliyev ilk ali təhsilini Xəzər Universitetinin Hüquq fakultəsində, ikinci ali təhsilini isə Azərbaycan Texniki Universitetinin Beynəlxalq Ticarət və Logistika fakultəsində tamamlamışdır.
Babək Əliyev Azərbaycan Avtomobil  Yolları Dövlət Agentliyi “Yol Xətt” MMC-də hüquq şöbəsinin rəisi vəzifəsində, müxtəlif firmalarda hüquq və logistika sahəsi üzrə çalışıb.
Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də yükdaşımaları departamentinin rəis müavini vəzifəsində fəaliyyət göstərir.
Azər Legal Group şirkətinin təsisçisidir.

img

Fərid Əliyev

İş yeri: “Azərbaycan Hava Yolları” QSC Vəzifə: Hüquq İdarəsi rəisinin müavini

Əliyev Fərid Hacıağamalı oğlu 23.11.1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Fərid Əliyev Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini və Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq fakültəsini bitirmişdir.

2002-ci ilin oktyabr ayından etibarən Mülki Aviasiya sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. Hal-hazırda “Azərbaycan Hava Yolları” QSC-də Hüquq İdarəsi rəisinin müavini vəzifəsində çalışır.

img

Ruslan Bilalov

İş yeri: “Azərbaycan Hava Yolları” QSC Vəzifə: SƏTƏMM və Keyfiyyətə Nəzarət İdarəsi Əməyin mühafizəsi təhlükəsizlik texnikası və mülki müdafiə şöbəsinin rəisinin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə müavini

Ruslan Bilalov 2001-ci ildən Azərbaycan Texniki Universitetinin  Qaldırıcı nəqliyyat maşınları və avadanlıqlar fakultəsindən, 2012-ci ildən Milli  Aviasiya Akademiyasının  Avianəqliyyat istehsalatın təşkili fakultəsindən məzun olmuşdur.

2006 -ci ildən 2008-ci ilədək “Azərbaycan Hava Yolları” Milli Aviasiya Şirkətində dispeçer vəzifəsində, 2008 -ci ildən 2013-cü ilədək “SW travel” şirkətində növbə rəisi vəzifəsində çalışmışdır.

2015 -ci ildən 2018-ci ilədək  “Azərbaycan Hava Yolları” QSC-nin SƏTƏMM və Keyfiyyətə Nəzarət İdarəsi Əməyin mühafizəsi təhlükəsizlik texnikası və mülki müdafiə şöbəsinin  Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis, 2018-ci ildən hal-hazıra qədər SƏTƏMM və Keyfiyyətə Nəzarət İdarəsi Əməyin mühafizəsi təhlükəsizlik texnikası və mülki müdafiə şöbəsinin rəisinin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə müavini vəzifəsində çalışır.